WOW
WOW

“Oğlum anasının telefonundan mənə mesaj göndərib deyir ki...”

“Oğlum anasının telefonundan mənə mesaj göndərib deyir ki...”

““Düşən pullar” verilişinin artıq yeni mövsümünə başlamışıq. “YouTube”da bizə yazırdılar ki, sıravi insanları da layihənizə çağırın, bizdə iştirak edək. Bizdə bu mövsümdən etibarən elə etdik”.

Bu sözləri aparıcı, aktyor və müğənni Şəhriyar Əbilov OLAY-a özəl müsahibəsində deyib.

Əbilov aparıcısı olduğu Azərbaycan Televiziyasında (AzTV) yayımlanan “Düşən pullar” verilişindən və  layihənin intellektual iştirakçılarından söz açıb:

“Gəlirlər, layihəmizdə iştirak edirlər. 5000 manat udan olub. Amma çox yüksək məbləğ qazana bilmirlər. Siravi insanlarla çox rahatdır işləmək çünki onların ulduz eqoları yoxdur. Onlar sevinc hissi ilə verilişə gəlirlər. İnanmırlar ki, onları layihə dəvət etmişik”.

Şəhriyar bildirib ki, artıq müğənnilikdən pul qazanmağa başlayıb:

“Artıq müğənnilikdən pul qazanmağa başlamışam. İnanıram ki, yaxın zamanda yetərincə bəlli bir büdcəli özümün şəxsi proqramım olacaq”.

Əbilov bir müddət əvvəl sosial şəbəkə hesabında atası ilə bağlı paylaşımından bəhs edib:

“Atam xoşlamır üzdə olmağa. Amma onun görüntülərini çəkib instaqram səhifəmdə paylaşada xoşuna gəlmişdi. Ona mən “italyanets” (italyalı – red.) deyirəm. Atamın 75 yaşı var. O formadadır, özünə baxır, zövqlüdür. Atam bizim yanımızdadır. Mən atamın oğluyam. Çox xüsusiyyətləri də ondan götürmüşəm”.

Əbilov valideyninin onu bu sənətdə dəstəklədiyini vurğulayıb:

“Həyatımda ilk dəfə atam klipimə baxıb dedi ki, əladır. Mən atamdan “əla” sözünü 45 yaşımda ilk dəfədir eşidirəm. O mənim heç bir işimə “super”, “əla”dır deməyib. Amma artıq görürəm ki, mənim inadkar olaraq irrələdiyim bu yolda məni qəbul edib”.

Müsahibənin sonunda Şəhriyar oğlu Osmandan da danışmağı unutmayıb: 

“Oğlum Osmanın 6 yaşı var. Uşaqlar adətən bu yaşda cizgi filmlərinə baxırlar. Osman isə bu yaşda “Titanik” qəmisinin batması və ya hansısa təyyarə qəzası haqda sənədli filmlərə baxır. Sonra oturub danışır ki, ata filan təyyarənin motoru işləmirdi və sayra. Baxıram ki, mən oğlumun yaşında necə idim o necədir. Osmanın mükəmməl musiqi zövqü var. Hansı mahnını oxuyuramsa arxamca əzbərləyir. Hətta bəzən anasının (Şəhriyarın boşandığı aktrisa Oksana Rəsulova – red.) telefonu ilə mənə mesaj göndərib deyir ki, “Sən, mən birdə bu şəhər” (Şəhriyarın oxuduğu mahnının sözləri – red.)”.