Rusiyanın Xalq artisti Alla Puqaçova paylaşımı ilə gündəmə səs salıb.
OLAY yazır ki, əfsanəvi estrada ulduzu instaqram səhifəsində ailəsi haqqında sosial şəbəkədə yazılan nifrət dolu şərhlərə cavab verib.
“O-o-o! Mənim əzizlərim. Siz mənim ailəm haqqında nə qədər maraqlı hekayələr danışırsınız. Yenə də danışın. Cəsarətli olun, uşaqlar! Biz bunu bəyənirik”, - deyə Alla Puqaçova paylaşımına şərh yazıb.
Son zamanlar izləyicilər müğənni və onun həyat yoldaşı, yumorist “xarici agent” Maksim Qalkin haqqında yazırlar və bu güünlərdə hamı Puqaçovanın ərindən qorxduğu iddiasını müzakirə edib.
Belə ki, müğənni Alena Kravets müsahibəsində şoumeni “sui-istifadəçi və manipulyator” adlandıraraq, onun həyat yoldaşına “iyrənc sözlər” dediyinin dəfələrlə şahidi olduğunu bildirib.
Puqaçovanın paylaşımının altındakı şərhlərdə çoxları onu dəstəkləyib və onu nifrət edənlərə fikir verməməyə çağırıblar.
Qeyd edək ki, 2022-ci ildə Rusiya Ukrayanaya hücüm etdikdən sonra Alla Puqaçova və Maksim Qalkin uşaqları ilə birlikdə Rusiyanı tərk ediblər. Maksim açıq şəkildə Rusiya hökumətinin hərəkətlərinə qarşı çıxıb və tənqidlərlə üzləşib. Puqaçova isə Qalkinə dəstək çıxıb. İndi 48 yaşlı yumorist dünya turuna çıxır. 75 yaşlı müğənninin yenidən səhnəyə qayıtmaq fikri yoxdur. 2011-ci ildən evli olan cütlük hər yayı Baltik dənizi sahilində, evlərinin olduğu Yurmalada keçirir.