Məşhur aktrisa Pamela Andersonun böyük oğlu, 30 yaşlı Brendon Tomas Li 22 yaşlı influenser və model Katalina Demetriades ilə nişanlanıb.
OLAY yazır ki, evlilik təklifi avqustun 29-da İndoneziyaya səfərləri zamanı edilib.
Hər ikisi Los-Ancelesdə böyüyüb və ötən il sevgili olmağa başlamazdan əvvəl uzun illər dost olublar.