Dünya şöhrətli ulduz futbolçu Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodrigez xəstəxanalıq olub.
OLAY yazır ki, bu haqda Corcina instaqram səhifəsində məlumat yayıb.
Ulduz futbolçunun arvadı bildirib ki, o son 4 günü özəl tibb müəssəsində keçirib.
Buna səbəb Corcinanın sətəlcəm olması olub.
“Daha yaxşıyam, amma evdə ailəmlə birlikdə sağalmağa davam edirəm” deyən Rodrigez klinikanın əməkdaşlarına qayğıya və diqqətə görə təşəkkürünü bildirib.