Aparıcı Nanə Ağamalıyevanın “Azad Azərbaycan”da yayımlanan verilişi bağlanıb.
OLAY-ın əldə etdiyi məlumata görə, “7 Tamam” adlı proqramın efir həyatı bitib. Belə ki, həmin saatlarda Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” layihəsi yayımlanacaq.
Qeyd edək ki, sözügedən layihənin aparıcısı daha əvvəl Vüsalə Əlizadə olub.