Fotosessiya
Fotosessiya

Ronaldonun arvadı festivala gəlin obrazında çıxdı

Ronaldonun arvadı festivala gəlin obrazında çıxdı

Dünyaca məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldonun arvadı Corcina Rodrigez Venesiya Film Festivalının qonağı olub. 

OLAY yazır ki, Corcinanın kino dünyası ilə əlaqəsi olmasa da, ərinin adına görə və bir çox brendlə əməkdaşlıq etdiyi üçün onu bu mötəbər tədbirə dəvət ediblər.  

O, şəxsi təyyarəsi ilə Venesiyaya gəlib. Rodrigez Lido adasına gələr-gəlməz geyimini nümayiş edib.

Rodrigez, köynək, ultra qısa şort və torlu “tayt”da pozalar verib. Bununla belə, axşam saatlarında təşkil olunan qırmızı xalı mərasiminə ağ rəngdə yarıqlı libas və çoxsayda zinət əşyalar taxıb. Corcina bu geyimdə gəlinə bənzəyib. Bəlkə də o bilərəkdən bu obrazı seçib, çünki son bir ayda hər kəs onun və Ronaldonun gizli toyunu fəal şəkildə müzakirə edir. Kriştiano, indi açıq şəkildə Corcinanı həyat yoldaşı adlandırır. 

Qeyd edək ki, Ronaldo və Rodrigez 2016-cı ildən bəri birlikdədirlər. Onlar Corcinanın satıcı köməkçisi kimi işlədiyi “Gucci” mağazasında tanış olublar. Cütlük beş uşaq böyüdür: iki özlərinin və üç uşağı olan Ronaldonun Corcina ilə tanış olmamışdan əvvəl dünyaya gətirdiyi surroqat analar sayəsində. 2010-cu ildə futbolçunun kiçik Kriştiano, 2017-ci ildə isə əkizləri Eva və Mateo adlı oğlan övladları doğulub. Elə həmin il Corcina Ronaldodan ilk övladı olan qızı Alananı dünyaya gətirib. 2022-ci ildə cütlüyün əkizləri oldu, lakin onlardan biri, oğlan övladı doğuş zamanı ölüb.