WOW
WOW

Qızının efirə zəngi Tünzaləni ağlatdı

Qızının efirə zəngi Tünzaləni ağlatdı

Xalq artisti Tünzalə Ağayeva “Qonaqcanlı” verilişində doğum gününü qeyd edib. 

OLAY yazır ki, qızı Fidanın proqrama göndərdiyi məktub sənətçini ağladıb. 

Məktubda ifaçının övladı bu sözləri yazıb: 

“Hər zaman səni müğənni oldun deyə qınayırdım. Yazırdım ki, anam mənə vaxt ayırmır. Səni necə incitdiyimi bilmirdim. Hər körpə uşağın anasını istədiyi kimi mən də səni yanımda istəyirdim”.

Verilişin gedişatında Ağayevanın qızı efirə zəng edərək bu fikirləri səsləndirib:

“Yaxşı ki mənim anamsan və sənin qızın olmuşam. Hər şeyin ən gözəlini arzulayıram, buna layiqsən. Hər sözün, baxışınla məni valeh edirsən. Uzaqda olsaq da, qəlbim hər zaman səninlədir”.