WOW
WOW

Tünzalənin ikinci adı “Tomris” imiş

Tünzalənin ikinci adı “Tomris” imiş

Bu gün Xalq artisti Tünzalə Ağayevanın doğum günüdür.

OLAY yazır ki, doğum gününü sənətçi “Qonaqcanlı” verilişində musiqiçi dostlarının əhatəsində  qeyd edib.

Ağayeva proqramda instaqram səhifəsində adının yanına yazdığı Tomris adının mənasını açıqlayıb.

Tünzalə bildirib ki, Tomris onun atası tərəfindən verilən ikinci adıdır:

“Atam mənə uşaqlıq illərində Tomris adını verib. Bu adın vaxtı bu gün gəlib. Tomris mənim ikinci adımdır. Sadəcə illər boyu bu haqda danışmamışam. Ümumiyyətlə mənim ad qoyma mərasimim çox maraqlı olub. Mənim atamın atası kitabsevən olub. Bu adı isə Mirzə Müştaq “Nil pərisi” əsərindən götürüb. Bu kiçik bir hekayədir. İllər sonra Mirzə müəllimin nəvəsi ilə tanış oldum. Onunda anasının adı Tünzalədir. Mirzə müəllim Tünzalə adını Azərbaycana yayan insanlardan olub. Məhz Tünzalənin də hekayəsi buradan başlayır. Babam söyləyib ki, Tünzalə adı nəvəm üçün uğurlu olacaq. Mən həm ata həmdə ana tərəfdən ilk nəvəyəm”.