Ötən gün müğənni Günay İbrahimlinin bacısı İlahə İbrahimlinin toyu olub.
OLAY yazır ki, paytaxt restoranların birində baş tutan məclisdə şou-biznesin bir sıra məşhur sənətçiləri iştirak edib.
Xalq artisti Miri Yusif, Əməkdar artist Ədalət Şükürov, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (aşıq Samirə) və müğənni Elnur Məmmədov ifaları ilə qonaqları əyləndiriblər.
Diqqət çəkən məqamlardan biri də Günayın özünün də bacısının toyunda səhnə alması olub. İbrahimli sevilən və hit ifaları ilə məclisi coşdurub.
Müğənni bacısının özəl günündən çəkdiyi görüntüləri instaqram səhifəsində izləyiciləri ilə bölüşüb
Qeyd edək ki, İlahə Salman Babazadə adlı bəylə ailə qurub.