Video
Video

Günayın bacısının elçiliyi oldu

Günayın bacısının elçiliyi oldu

Müğənni Günay İbrahimlinin bacısı İlahə İbrahimlinin elçiliyi olub. 

OLAY yazır ki, bu haqda sənətçinin bacısı sosial şəbəkə hesabında məlumat verib. 

Elçilik İlahənin valideyinləri ilə yaşadığı dəbdəbəli mənzillərində baş tutub. 

Bunun üçün müğənnin bacısı rəfiqəsi ilə birlikdə müxtəlif təamlar bişirərək süfrə açıblar. 

İlahənin ailə quracağı bəy - Salman Babazadə anası ilə İbrahimlilərin evinə qonaq gəlib. O, gələcək xanımına qızıl gül çələngi verib. 

Qonaqlıqda aşiqlər bir-birinin barmağına məşhur brendin ağ qızıldan hazırlanan üzüklərini taxıblar. 

Xoşbəxt dolu bu anları isə İlahə İbrahimli izləyiciləri ilə bölüşüb. 

OLAY-ın əldə etdiyi məlumata görə, müğənnin bacısının toyu oktyabr ayında olacaq.