WOW
WOW

Günayın bacısının nikahında yaşananlar

Günayın bacısının nikahında yaşananlar

Ötən gün müğənni Günay İbrahimlinin bacısı İlahə İbrahimlinin nikahı olub.

OLAY yazır ki, mərasim “Səadət Sarayı”nda baş tutub.

Salman Babazadə adlı bəylə ailə quran sənətçinin bacısının nikah mərasimində cütlüyün ailə üzvləri, dostları və yaxınları iştirak ediblər.

Mərasim sonrası aşiqlər özəl günlərini paytaxt restoranların birində kiçik parti təşkil edərək musiqi sədaları altında qeyd ediblər.

Həmin anları isə həm Günay həm də İlahə instaqram səhifələrində qeyd ediblər.

OLAY-ın əldə etdiyi məlumata görə cütlüyün toyu sabah yəni oktyabrın 20-sidir.