İnfluenserlər Aynur Xəlilova (By_aynur__) ilə Arzu Məmmədova (Arzu.ja) arasındakı qalmaqal alovlanıb.
OLAY yazır ki, Aynur Arzunun verilişi ilə bağlı yazdıqlarına cavab verib:
“Aparıcının verdiyi suallar? Aynur yox, aparıcı? Sağ ol səni... İşi düşəndə “Mas, balamkam”. Amma “story”də paylaşanda “aparıcı”.
Hər zamanda sevmişəm. Cavabım “sənə qurbandır” olub. O qədər xətrini istəmişəm ki, heç baxmamışıq ki, paylaşıb, ya paylaşmayıb. Aparıcı yesin səni... Dostlar, rəyləriniz, paylaşımlar üçün sonsuz təşəkkürlər. Təxmin edərsiniz ki, mən din kimi çox mübahisəli, müzakirəyə münbit mövzu seçəndə hər şeyi hesablayıram. Yazmışam ki, bu fikirləri təkzib edib, əsaslandıra bilən hər kəsi dinləməyə də, öyrənməyə də açığam. Gələcəkdə əks fikirdə olan qonağım da olacaq. Biz onu da dinləyəcəyik. Növbəti qonaqlar elə simalardır ki, özünüz görəcəksiniz. İlk verilişin linkini istəyirlər. İzlədikdən sonra, onlar razılaşırlar gəlməyə. Azərbaycanda elə böyük adlardan “ok” almışıq. Onlarla müsahibəyə hazırlaşmaq belə üzərimdə məsuliyyət yaradır. Və özümü daha yaxşı inkişaf etdirməkdən başqa çarəm qalmır. Hələ çox səs-küylü buraxılışlar qarşıdadır. “Malades”, xoşum gəldi. Demək sən, aparıcı xanımın “dm” qutusuna yaza bilirsən. İndi də mənim keyfim açıb oxumaq istəmir. Hikinqdən qayıdıram, emosiyalarım pikdir. Emosiyalarımı bulandıra bilmərəm. Necə də sevirdim... Nə isə yutub reklamı kimi araya girirəm”.
Arzu isə paylaşdığı videoda bunları söyləyib:
“Bayaqdan ancaq paltar paylaşıram. Dedilər ki, influensersən belə mövzulara fikir bildirə bilməzsən, linkini paylaş və sairə. Çünki onlar müasirdir, savadlıdır, sən cahilsən. Mən də fikirləşdim ki, nəyimə lazımdır? Mənə qalıb? Bir mənim inancım, adət-ənənəm, mənəviyyatım ayaqlar altına alınır, mənasız şeylərlə müqayisə olunur, cahillik adlandırılır? Etsinlər, özləri bilərlər. Deməli, belə mövzulara fikir bildirmək kiminsə fikrinə hörmətsizlik sayılır. Amma milyonlarla insanın inancını məsxərəyə qoymaq hörmətsizlik sayılmır. Deməli, belə imiş. Mən də bu gün öyrəndim”.