“Qarabağ” FK-nın və Azərbaycan milli futbol komandasının müdafiəçisi və yarımmüdafiəçisi Toral Bayramovun ikinci övladı dünyaya gələcək.
OLAY yazır ki, bu haqda Toralın həyat yoldaşı, bloger Nəzrin Bayramova məlumat yayıb.
Cütlük bu sevinc dolu xəbəri futbol stadionunda çəkdikləri video vasitəsi ilə izləyicilərinə çatdırıblar.
Sözügedən görüntülərə Nəzrin “Biz böyüyürük. Düşündüm ki, bu gün uzun müddətlik yoxluğumun “Böyük” səbəbini açıqlayım. Bəli, biz artıq 4 nəfərik. 3-cü Bayramova yoldadır. 2-ci gözəlim səni çox səbrsizliklə gözləyirik” şərhini yazıb.
Qeyd edək ki, cütlüyün bir qız övladı var.