Oktyabrın 17-nə keçən gecə “One Direction” qrupunun keçmiş müğənnisi Liam Peynenin ölümü anasını dərin kədərə boğub.
OLAY “Daily Mail” nəşrinə istinadən yazır ki, uşaq bağçasında tibb bacısı işləyən sənətçinin anası Karen Peynen bu itkidən dərin sarsıntı keçirib.
“Mən gözəl oğlumu itirdim”, - deyə Karen göz yaşı içində vurğulayıb.
Qeyd edək ki, 31 yaşlı Liam Buenos Ayresdə qaldığı hotelin 3-cü mərtəbəsindən yıxılaraq həlak olub. Hadisə yerinə çağırılan təcili yardıma “Narkotik və alkoqolun təsiri altında olan aqressiv adam” qeydi bildirilib.