Keçmiş “One Direction” qrupunun üzvü Liam Peyninin faciəvi şəkildə dünyasını dəyişməsi müğənninin fanatlarını kədərə boğub.
OLAY yazır ki, sənətçinin Argentinada ölümündən sonra kədərlənən pərəstişkarlar Buenos-Ayres otelinin qarşısında toplaşıb mahnı oxuyub, şam yandırıblar.
Qeyd edək ki, 31 yaşlı Liam Buenos Ayresdə qaldığı hotelin 3-cü mərtəbəsindən yıxılaraq həlak olub. Hadisə yerinə çağırılan təcili yardıma “Narkotik və alkoqolun təsiri altında olan aqressiv adam” qeydi bildirilib.