Keçmiş “One Direction” qrupunun üzvü Liam Peyn vəfat edib.
OLAY yazır ki, gənc müğənni faciəvi şəkildə həyatını itirib.
31 yaşlı Liam Buenos Ayresdə qaldığı hotelin 3-cü mərtəbəsindən yıxılaraq həlak olub.
Hadisə yerinə çağırılan təcili yardıma “Narkotik və alkoqolun təsiri altında olan aqressiv adam” qeydi bildirilib.
Qeyd edək ki, Liam 1993-cü il 29 avqustda İngiltərədə dünyaya göz açıb. Erkən doğuşla dünyaya gəldiyi üçün Liam bir müddət xəstəxanada tutulub. İki bacısı olan sənətçi müğənnilikdən əvvəl idmanla da məşğul olub.
O, “The X Factor” müsabiqəsində Nikol Şörzinqerin tövsiyəsi ilə qurulan “One Direction” qrupu ilə tanınıb. Qrup dağıldıqdan sonra solo fəaliyyətini davam etdirən Liam 2016-cı ildə müğənni və mahnı sözü yazarı Çeril ilə ailə qurub. Cütlüyün Bear adlı bir oğlu dünyaya gəlib.