WOW
WOW

Leyla bayrağın bu formada asılmasını tənqid etdi

Leyla bayrağın bu formada asılmasını tənqid etdi

Aparıcı Leyla Quliyeva paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

OLAY yazır ki, televiziya ulduzu avtomobili ilə paytaxt küçələrin birində gedərkən dövlət bayrağımızın görüntülərinin çəkərək instaqram səhifəsində yayımlayıb.

Quliyeva milli atributun ütülənməmiş formada asılmasını tənqid edib:

“Deyəcəksiniz ki, detaldır, bundan böyük problemlərimiz var, təki elə dərdimiz bu olsun və sair. Amma bayraq bizim üzümüzdür axı. Millətin şəxsiyyət vəsiqəsi niyə əzik olmalıdır? Yəni, sırayla asanda heç kimin ağlına gəlmədi ki, bir ütü çəksin? Nəyə ümid edirsiniz? Asıldıqca, qırışları açılacaq? Bilin, açılmayıb! Nə bayrağın qırışı, nə də milli özünüdərkimizin!”