Müğənni Liam Peynin ölümü ilə bağlı detallar üzə çıxıb.
OLAY yazır ki, sənətçiyə yıxıldıqdan sonra ilk müdaxilə edən şəxs danışıb:
“Hadisə nəticəsində ölümcül yaralanmışdı. Ona görə də onu canlandırmaq, ya da xilas etmək ehtimalı yox idi. Təcili tibbi yardımın hadisə yerinə çatması 7 dəqiqə çəkdi. Buna baxmayaraq, Liamı həyata qaytarmaq üçün əllərindən bir şey gəlmədi”.
Qeyd edək ki, 31 yaşlı müğənni Buenos Ayresdə qaldığı hotelin 3-cü mərtəbəsindən yıxılaraq həyatını itirib.