Dünya şöhrətli qalmaqallı və epotajlı Kanye Uest və Byanka Sensori cütlüyünün boşanmaları ilə bağlı söz-söhbətlərin yaranmasının səbəbi üzə çıxıb.
OLAY gizli mənbənin “Daily Mail” nəşrinə açıqlamasına istinadən yazır ki, bu dəfə boşanma şayiələrinin sadəcə piar məqsədi daşımasıdır.
Bu addımı repçi və həyat yoldaşı ictimaiyyəti daha ciddi bir xəbərdən yayındırmaq məqsədi ilə atıb.
Buna səbəb Kanyenin keçmiş köməkçisi Lauren Pişottanın sənətçiyə qarşı məhkəmə iddiasıdır.
“Kanye yeni iddianın onu dostu, hazırda həbsdə olan repçi və musiqi prodüseri Pi Diddi (əsl adı – Şon Kombs) səviyyəsinə endirə biləcəyindən narahatdır və o, artıq bunu vəkilləri ilə müzakirə edib”, - deyə mənbə nəşrə bildirib.
Keçmiş “OnlyFans” ulduzu Pişotta, 2021-2022-ci illər arasında musiqiçinin işçisi olduğu müddətdə ona qarşı cinsi təcavüz və təqib etdiyi iddiası ilə Uesti iyun ayında məhkəməyə vermişdi. O, ittihamları “əsassız” adlandırıb və onu “şantaj və qəsbdə” ittiham edib.
Bununla belə, keçən həftə Pişotta, repçiyə qarşı cinsi təcavüz ittihamı ilə 88 səhifəlik məhkəmə iddiası qaldırıb.