Müğənni Xatirə İslam şair və qiraətçi Nazilə Səfərlinin onun haqda söylədiyi “Deyib ki, çantamda 10 min dollar var, amma xoşbəxt deyiləm” sözlərə sərt şəkildə reaksiya verib.
OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “İncə səhər” verilişində deyib.
“Bu söz efirə yaraşmasa da deyəcəyəm. Çünki onun əvəzinə alternativ, başqa söz ağlıma gəlmir. Heç kimi başı üçün deyil ki, mənim xoşbəxtliyim haqda şərh bildirsin və bunu müzakirə etsin. Bu mənim şəxsi işimdir. Çox xoşbəxtəm ki, Fəxrəddin kimi həyat yoldaşım var. Emil kimi övladım var. İşim, gücüm, evim, ailəm, səsim, gözəlliyim, bədən quruluşum. Düzdü ideal dünya gözəli olmasam da amma eybəcər adam deyiləm”, - deyə X.İslam N.Səfərliyə üstü örtülü cavab verib.