Aktyor Vüsal Murtuzəliyev qız övladları ilə bağlı diqqət çəkən paylaşım edib.
OLAY yazır ki, 42 yaşlı sənətçi qızlarının avtomobildə çəkdiyi fotonu instaqram səhifəsində yayımlayaraq onları “Beynəlxalq Qızlar Günü” münasibəti ilə təbrik edib.
“Hər kəsin bir qızı olmalı. Gözəllərim, qızlar gününüz mübarək” – deyə Vüsal sözügedən paylaşımına şərh yazıb.
Xatırladaq ki, 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə "Beynəlxalq Qızlar Günü" elan edilib.
Qeyd edək ki, Vüsal Murtuzəliyev dublyaj sahəsində xüsusi uğurları olan aktyorlardandır. O, Əməkdar artist Dilarə Əliyevanın qardaşıdır.