WOW
WOW

Diddi qalmaqalında adı hallanan Beyonse onları məhkəməyə verəcək

Diddi qalmaqalında adı hallanan Beyonse onları məhkəməyə verəcək

Jurnalist Yaquar Rayt verilişdə dünya pop səhnəsinin ulduzu Beyonsenin “əllərində hazırda həbsdə olan repçi və musiqi prodüseri Pi Diddidən daha çox qan var” söylədikdən sonra Beyonse və əri Cey Zi-nin vəkili Piers Morqan “Piers Morgan Sensored” şousunu məhkəməyə verəcəyini açıqlaqlayıb.

OLAY yazır ki, vəkilin bildirib ki, bütün bunlar “cəfəngiyyat” və “birbaşa ittihamdır”. 

Vəkil məsələnin həll olunmayacağı təqdirdə məhkəmə prosesi ilə hədələyib. Nəticədə Pirs Morqan üzr istəyib və proqram silinib.

Bir çox ifaçıların (xüsusən də Adelin) Beyonse də onlara namizəd olduğu təqdirdə, nüfuzlu mükafatlar alarkən səhnədə çox qorxmuş görünmələri şübhənin digər səbəbi idi. Ulduzlar da tez-tez birbaşa səhnədən müğənniyə təşəkkür ediblər.

Bu, müğənninin sosial şəbəkələrdə təqib edilməsinə səbəb olub. 

Uğurlu gənc ulduz olan və həmçinin Cey-Zi ilə münasibətdə olduğu deyilən müğənni Aaliyahın ölümündə Beyonsenin da əli olduğu güman edilir. Bir çoxları onun digər “rəqibləri” üçün də narahatdırlar, bunlardan əsas biri Taylor Sviftdir.

Xatırladaq ki, daha əvvəl Beyonsenin əri Cey-Zi və Pi Diddi ilə birlikdə rəqiblərini sıradan çıxardığı, ona görə də hamının ondan qorxduğu barədə sui-qəsd nəzəriyyəsi yayılıb.

Qeyd edək ki, repçi Pi Diddinin (əsl adı – Şon Kombs) özü seksual zorakılıq, insan alveri və qətldə ittiham olunur. O, repçi Tupak Şakurun ölümündə günahkar sayılır. Bundan əlavə, repçi, illər əvvəl yəni Castin Biber yeniyetmə ikən onun əxlaqını pozmaqda şübhəli bilinir.