WOW
WOW

Suadadan rəssam qayını ilə paylaşım

Suadadan rəssam qayını ilə paylaşım

Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın gəlini, pianoçu Suada Hacızadə paylaşımı ilə diqqət çəkib. 

OLAY yazır ki, Suada əri Kristoferin rəssam qardaşı Nikolas Van Dammı doğum günü münasibəti ilə təbrik edib. 

S. Hacızadə Nikolasın rəsm sərgisi zamanı çəkilən xatirə fotolarını instaqram səhifəsində paylaşaraq “Ad günün mübarək qardaşım! Həyatımızda olduğunuz üçün xoşbəxtəm, səni çox sevirik” şərhini yazıb. 

Qeyd edək ki, Nikolas və Kristofer eyni anadan dünyaya gəlməyiblər. Belə ki, Nikolas Van Dammın 1994-1997-ci illərdə ailə qurub, yaşadığı Darsi Lyapyer adlı xanımdan dünyaya gəlib. Kristofer və bacısı Byanka isə aktyorun ilk evliliyindən olan övladlarıdır.