WOW
WOW

Jah Xalib Rusiyanın qara siyahısında!

Jah Xalib Rusiyanın qara siyahısında!

Azərbaycan əsilli məşhur qazax repçisi 31 yaşlı Jah Xalib (Bəxtiyar Məmmədov – əsl adı) Rusiyada çıxışı qadağan edilən sənətçilərin yeni siyahısına daxil edilib.

 OLAY yazır ki, bu haqda Rusiyanın “Verstka” nəşri məlumat yayıb. 

Bildirilib ki, bu siyahıda Rusiya və Ukrayna arasındakı müharibəyə qarşı çıxanlarla yanaşı həm də Rusiya hökumətinə sadiq olanlar və siyasətdən kənar artistlər də var.

Nəşrin yazdığına görə, hətta 79 musiqiçi, stand-up komediyaçı, blogger və musiqi qruplarının adı olan qadağa siyahısına hakimiyyətə sadiq artistlər də daxil edilib.

Siyahıda Anna Sedokova, İvan Urqant, İnstasamka, Qaf və digərlərinin adı var. Diqqət çəkən məqamlardan biri də sözügedən “qara siyahı”da dünya şöhrətli xarici ulduzlar - Beyonse, Lana Del Rey, “Metallica” və digər ulduzlar var.

Qeyd edək ki, Jah Xalibin həyat yoldaşı “İslam” dinini qəbul etmiş ukraynalı xanımdır. Cütlüyün Safiya adlı bir qızı var.