12 il əvvəl vəfat edən dünya pop səhnəsinin əfsanəvi ulduzu Uitni Hyustonun anası, ifaçı Sissi Hyuston dünyasını dəyişib.
OLAY yazır ki, Sissi 91 yaşında ABŞ-ın Nyu-Cersi ştatında hospisdə (ümidsiz xəstələrin qayğı ilə əhatə olunan səhiyyə müəssisəsi - red.) dünyasını dəyişib.
Altsheymer xəstəliyindən əziyyət çəkən Hyuston həyatının son illərini sözügedən sağlamlıq ocağında keçirib.
Qeyd edək ki, Sissi Hyuston iki dəfə “Qremmi” ilə mükafatlandırılıb. Müğəninin qızı Uitni Hyuston 2012-ci ildə, 3 il sonra isə nəvəsi Bobbi Kristina Braun (Uitninin yeganə qızı - red.) dünyasını dəyişib.