“Elə xasiyyətdə bir xanımam ki, ilk növbədə özümə güvənirəm”.
OLAY yazır ki, bu sözləri müğənni Ayan Babakişiyeva qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.
Sənətçi ilk dəfə sevdiyi şəxsdən və onunla olan münasibətlərindən söz açıb:
“Məni indiyə kimi səhnədə çox açıq-saçıq geyimlərdə görmüsünüz? Mən heç zaman deməmişəm ki, kimsə mənə bunu qadağa edir. Çünki zamanında özüm – özümü çərçivəyə salmışam. Arada məni o şəxs (sevgilisi nəzərdə tutur – red.) əsəbiləşdirir. Mənim üçün dəyərli insan var. Hansı ki onun fikri də, istəyi də məndən ibarətdirsə təbii ki fikirləşir ki, mənim söz haqqım var. Var... Mən də çalışıram ki... O şəxsin kimliyi haqda açıqlama vermək istəmirəm. Nəyə lazımdır? Biz eyni gündə dünyaya gəlmişik. O da qoç bürcündəndir məndə. Bu arada ona görə davalarımız olur. Bir misal var: “İki qoçun başı bir qazanda qaymaz”. Görünür elə buna görədir ki, dava edirik. Həyatda sevdiyin insana güvənmək çox önəmlidir. Biz artıq böyük insanlarıq. Çox ümid edirəm ki, bu cür ağız dolusu və sevgi ilə danışıram, təbii ki bu həyatda heç kim heç nədən sığortalanmayıb, güvənim bu günə kimi sarsılmayıb bu gündən sonra da sarsılmaz”.
Qeyd edək ki, Ayan Babakişiyevanın Selena adlı bir qız övladı var.