WOW
WOW

“Mən və Gülüstan Əliyeva anadangəlmə bu bədən quruluşuna sahibik”

“Mən və Gülüstan Əliyeva anadangəlmə bu bədən quruluşuna sahibik”

“Mən bədənşəkilləndirmə əməliyyatını etdirməmişəm. Mənim anama da, qızıma da baxın... İki dəfə ayağıma görə liposaksiya (piy sovdurma əməliyyatı – red.) etdirmişəm. Çünki çəkim artıq idi və ödəm yığırdım”.

OLAY yazır ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu “YouTube” da yayımlanan “Baylarsoylar podkast” verilişində deyib. 

Omba böyütmə əməliyyatını etdirmədiyini söyləyən sənətçi bildirib ki, anadangəlmə bu cür bədən quruluşuna bir özü bir də Əməkdar artist Gülüstan Əliyeva sahibdir:

“Bu respublikada iki sənətçinin anadangəlmə belə bədən quruluşu var: biri Gülüstan Əliyeva biri də Roza Zərgərli. Boğazımdan dizimə qədər iki dəfə liposaksiya əməliyyatı keçirmişəm. Buxaq, qollar, bel, qarın və ayaq... Bu əməliyyatı da ona görə etdim ki, ayaqlarıma artıq çəkim ağırlıq verirdi və yeriyə bilmirdim. Həkimlər isə mənə dedi ki, normal yeriməyin üçün 10 kilo arıqlamalısan. Liposaksiya yolu ilə 9 litr bədənimdən piy çıxartdılar”.