WOW
WOW

Diddinin Castin Biberlə yayılan videosu gündəm oldu

Diddinin Castin Biberlə yayılan videosu gündəm oldu

Hazırda həbsdə olan dünyaca məşhur repçi və musiqi prodüseri Pi Diddi və Castin Bieberin yer aldığı daha bir narahatedici video sosial şəbəkəyə yayılıb.

OLAY ayzır ki, sözügedən ittihamedici videoda 2011-ci ildə repçi o zaman 16 yaşında olan Castin ilə Cimmi Kimmelin aparıcısı olduğu “Tonight Show” şousunda iştirak etməsi əks olunub. 

Görüntülərdə Castinin öyündüyü yeganə şey repçinin ona hədiyyə etdiyi lüks avtomobil olub.

“O, “Lamborgini”ni nə vaxt alacaq? Keçən dəfə bu haqda danışmışdıq...” – Kimmel şən bir şəkildə Diddidən sual soruşub.

Amma repçi, görünür, zarafatı heç bəyənməyib. 

“Onun əlində o dediyin “Lamborgini” bir-iki gün var idi və evə də girişi var idi. O, böyük qardaşı Paffla (repçi - red.) nə etdiyi barədə milli televiziyaya bu haqda danışmalı olmadığını bilir”- deyə Diddi səsində açıq-aşkar qıcıqla cavab verib. 

Castin üçün aydın ipucu göz qabağındadır: o, qalmaqallı “ağ partiyalar” da həqiqətən baş verənlər haqqında danışmamalı idi. Müğənni həqiqətən uzun illər başına gələn hadisələr haqda kəlmə də kəsməyib. Lakin çox keçmədən bu situasiya dəyişə bilər. Beləki qərbin məşhur nəşrləri yazır ki, Biber Diddiyə görə dözməli olduğu şeylər barədə açıq danışmağa artıq hazırdır.

Kimmel  daha sonra “İndi Castinlə birlikdə musiqi üzərində işləyirsiniz?”  sualına Diddi “Yox... Qəribə şəraitdə dost olduq. Bir çoxumuz üçün o, kiçik qardaş kimidir. O, zəng edib məsləhət istəməkdən qorxmur”, - deyə Şon Kombs (repçinin əsl adı) bildirib.

Xatırladaq ki, P.Diddi ötən bazar ertəsi nəzarətə götürülüb. Bundan əvvəl onun keçmiş sevgilisi və digər qızlar tərəfindən zorakılıq, narkotik vasitələrin məcburi istifadəsi və insan alveri ilə bağlı bir sıra ittihamlar irəli sürülüb. Mart ayında Diddinin malikanəsində geniş axtarış aparılıb, bu zaman qanunsuz maddələr, silahlar və 1000 butulka uşaq yağı və seks üçün nəzərdə tutulan mayelər aşkar edilib. İstintaq hesab edir ki, repçi bütün bunlardan öz partiləri üçün istifadə edib.