WOW
WOW

“Diddi Castinə cəhənnəmi bəxş edib”

“Diddi Castinə cəhənnəmi bəxş edib”

Dünya şöhrətli pop ulduz Castin Biber yeniyetməlik vaxtlarında onun musiqi prodüseri olan Pi Diddi ilə münasibətlərindən danışmağa hazır olduğu məlum olub.

OLAY yazır ki, bu barədə sənətçiyə yaxın mənbə “In Touch Weekly” nəşrinə məlumat verib.

“Diddi ona şəxsi cəhənnəmini bəxş edib. O, hazırda bütün diqqətini arvadı Heyli və onların bir aylıq oğlu Cek üzərində cəmləyib, lakin bu barədə danışmaq başqalarına kömək edə bilərsə, yəqin ki, bunu edəcək. O, xoşagəlməz söz-söhbətərə son qoymaq istəyir”, - deyə mənbə bildirib

Qeyd edək ki, dünya şöhrətli repçi Pi Diddinin (əsl adı Şon Kombs) həbsi böyük səs-küyə səbəb olub. Repçinin əxlaqsız məclislərində reputasiyası aşağa düşən bir çox ulduzlar iştirak edib: keçmiş sevgilisi Cennifer Lopez, Leonardo Di Kaprio, Sara Cessika Parker, Eşton Katçer və bir çox digər sənətçilər. Diddinin bəzi dostları da şübhə altına düşüblər: məsələn, repçi Cey Zi və onun müğənni arvadı Beyonse. Repçinin dəstəyi ilə Beyonsenin rəqiblərini aradan götürülməsi ilə bağlı xəbərlər yayılaraq sosial mediada geniş müzakirələrə səbəb olub.