WOW
WOW

Sumru Yavrucuk ilk dəfə Bakıda!

Sumru Yavrucuk ilk dəfə Bakıda!

Türkiyənin məşhur kino və teatr aktrisası Sumru Yavrucuk ilk dəfə Bakıya gəlib.

OLAY yazır ki, sənətçi 5 oktyabrda gerçəkləşəcək monotamaşası “Shirley Valentine” üçün ölkəmizə təşrif buyurub.

“Gördüyüm ən sakit paytaxtdır. Buranın çox özəl ruhu var”, - deyə, Bakı haqda fikirlərini bildirən sənətçi Azərbaycanda Dövlət Akademik Musiqili Teatrında tamaşaçıların qarşısına çıxacaq.

Gecəyə bahalı biletlərin böyük qismi satılsa da, hələ də iticket  platformasına müraciət edərək tədbirə qatılmaq mümkündür.