WOW
WOW

“Adam 4 ildə həm ana, həm də yeganə bacısını itirərər?”

“Adam 4 ildə həm ana, həm də yeganə bacısını itirərər?”

“Görəsən adam özünü hara çırpanda sakitləşir, ağrıları azalır... Lamiyə sənə qurban olaram, başına dönərəm sənin. Səni o qədər sevirəm ki… Anamdan sonra anamda sən idin bacımda... Onsuzda yetim olan məni yetim qoydun. İstəyirəm özümü götürüm çırpım divara bəlkə ağrım azala”.

OLAY yazır ki, bu sözləri aktrisa  Zülfiyyə Qurbanova instaqram səhifəsində paylaşdığı postda yazıb.

Sənətçi bir neçə gün əvvəl uzun sürən xəstəlikdən dünyasını dəyişən bacısı Lamiyə ilə bağlı üzüntüsünü bu sözlərlə dilə gətirib:

“İyunun 8-dən mübarizə aparırdıq. Çox inanırdım duzələcəksən. Deyirdi Zülfiyyə birdən əziyyətimiz hədər gedər. Cavab verirdim ki, xeyr Lamiyə mənim heç bir əziyyətim hədər getməyib. 3 balamız qaldı – 10, 4 və 1 yaş yarımlıq körpə. Mən bu dünyanın ədalətinə xəstəxana dəhlizində Lamiyə ölmə bizim 3 balamız var, onlara söz vermişəm, səni sagaldib qaytaracam deyib özümü divarlara çırpanda son qoydum. Səni buradan götürüb Türkiyəyə ən yaxşı xəstəxanaya qaçırdım ki, təki sağalansan. Bacarmadıq, bacarmadım. Bagişla məni… 

Anam bizi çox zülmlə təkbaşına böyümüşdü. Bu bizim başımıza gəlməməli idi. O biri dünya varsa anama nə cavab verəcəm?  Dəyəcəm sənin balaların bir-birlərinə sahib çıxıb özlərini qorumadılar? Adam 4 ildə həm ana, həm bu dünyada yeganə bacı olan bacısını itirərər? Səni son nəfəsimə qədər çox sevəcəm. Sənə söz vermişəm balalarımıza bəlkə sənin kimi mükəmməl bir ana olmayacam amma ana kimi xala olacam. Balalarımın dediyi kimi “xala-ana” olacam.

O balaları böyütmək üçün heç olmasa 20 il canıma dəyməsin. Balalarının qoxusuna həsrət qalıb getdin bu dünyadan. Sənə qurban olum Lamiyə. Səni o qədər sevirəm. Sən mənim anama oxşayırdın.  Söz vermişdin sağ qalacaqsan, söz vermişdin qocalacaqsan. Kaş mən gedərdim, kaş ömürdən pay olardı, kaş sənin canına gələn mənə gələrdi. Mənim arxada gözü yaşlı qoyacağım çox az adam vardı. Sən 3 balanı və mən balanı bədbəxt elədin. Yanıram ay Lamiyə… Sənə qurban olum mən. Uşaqları böyüdüm anamla sənin yanına gələcəyəm. Səni çox sevirəm... 41 illik ömür yolunun 40 ilində mənə mükəmməl bacı oldun. Bu yaşda insan ölməz. 3 azyaşlı uşaq anası heç ölməz. Tüstüm ərşə dayanıb, belimi bükdün”.