WOW
WOW

“Zəhər tuluğu” 3 il sonra trenddə!

“Zəhər tuluğu” 3 il sonra trenddə!

Taleh Yüzbəyovun “Zəhər tuluğu” filmi 3 il sonra trendə düşüb.

OLAY yazır ki, ekran işi yutuba yükləndikdən sonra sosial şəbəkələrdə gündəm olub. Bununla yanaşı, layihə 3 gün ərzində trenddə 37-ci sırada yer alıb.

Qeyd edək ki, Orxan Mərdanın rejissor olduğu filmdə baş rolları Taleh Yüzbəyov, Ləman Mərrih və Nəzakət Heydərova canlandırıb.

Həmçinin, Xalq artisti Səidə Quliyeva, Əməkdar artistlər Hüsniyyə Mürvətova, Rasim Cəfər, aktrisa Zülfiyyə Qurbanova, aktyorlar Əlixan Rəcəbov, Tural Əhməd və Cavidan Novruz rol alıb.