WOW
WOW

Bu məşhurların ölümündə Diddi, Beyonse və Cey-Zinin əli var?

Bu məşhurların ölümündə Diddi, Beyonse və Cey-Zinin əli var?

Pi Diddi, Beyonse və Cey-Zi üç sənətçinin ölümündə günahlandırılır.

OLAY yazır ki, hər şey Cey Koulun sözləri sosial şəbəkədə qızğın müzakirələrə səbəb olan mahnısı ilə başlayıb. 

Orada repçi üç sənətçinin adını çəkir: Maykl Cekson, Aaliyah və digər müğənni Lisa Lopez 

Təəssüf ki, hər üçü müxtəlif ayların 25-də vəfat edib: Aaliyah 2001-ci ilin avqustunda təyyarə qəzasında ölüb, Lopez 2002-ci ilin aprelində avtomobil qəzası nəticəsində ölüb və Maykl Cekson 2009-cu ilin iyununda ölüb. 

Maraqlıdır ki, onların hamısı Diddi ilə yaxın idilər və Aaliyah başqa şeylərlə yanaşı, onun məclislərində tez-tez qonaq olurdu.

Mahnının adı – “She Knows” - da pərəstişkarlarını narahat edir. Onlar əmindirlər ki, bu (həmçinin mətndə bir neçə dəfə rast gəlinən She knows (O bilir ifadəsi kimi) Beyonse Noulsun qızlıq soyadına (ingilis dilində Knowles - red) aiddir.

Xatırladaq ki, Pi Diddi seks alveri, fırıldaqçılıq və ya məcburetmə və seks işçilərinin daşınmasını təşkil etməkdə ittiham edilərək həbs edilib. Repçi ittihamları boynuna almır. O, 50 milyon dollar dəyərində zaminə buraxılmaq istəyib, lakin bu hüququndan məhrum edilib. Diddi qaldığı həbsxanada zəhərləməyə çalışacaqlarından qorxduğu üçün indi aclıq aksiyası keçirir.