İnfluenser Aysel Şükür qalmaqallı şəkildə boşandığı birinci həyat yoldaşı Elşən Əsgərli ilə bir araya gəlib.
OLAY yazır ki, paytaxt restoranların birində keçmiş xanımı ilə görüşən Elşən övladına xoş sürpriz edib. O, oğlu Uğura arzuladığı telefonu hədiyyə edib.
Həmin anları sosial şəbəkə hesabında paylaşan Aysel izləyicilərin çox sayda yazıb, soruşduğu “Keçmiş həyat yoldaşınızla barışmısınız?” sualına belə cavab verib:
“Heç kimi bağışlamamışam. Sadəcə qanun çərçivəsində uşağını görür. Uğur da böyük oğlandır. Seçim onundur və azaddır. Hər şeyi dərd edə biləcək yaşdadır, ona görə bu haqqı onun əlindən almaq düzgün deyil. Əksinə, mən çox kinli insanam. Mənə və ailəmə olunan heç nəyi bağışlamıram və unutmuram. Amma bəzən içimiz qan ağlasa belə övladımıza görə heç nə demirik. Mənim kimi kinli və qəlbi qara ikinci insan tanıya bilməzsiniz. Əkizlər bürcüyəm, unutmayın. İçimiz qan ağlasa da, daim gülərik. Atasıdır da telefon almalıdır, aliment verməlidir. Bir zəhmət də yəni… Hər şeyi ana eləsin? Daha nə oldu? Mən də uşaqlığda sevgi görməmişəm. Qırıldığım çox məqamlar olub. Uğur da mənim kimi hisslərini tam göstərə bilmir. Emosionaldır, tam hisslərini büruzə verə bilmir. Hər kəsin həyatda nədənsə yarım qaldığı nöqtələr olur. Məndə isə həmişə sevgi cəhətdən oldu. İnşallah Uğur üçün bundan sonra hər şeyin ən yaxşısı olar, rahatlıq tapar. Mən həyata başqa prizmadan baxıram. Uşağa harada rahatdırsa, orada da olmalıdır ki, həyatda özünü tapsın, rahat ifadə edə bilsin. Ona görə də istəmirəm onu sıxım və ya nəsə deyim. Bizdə alınmaya bilər, amma ki atası olaraq üzərinə düşən hər şeyi etməlidir deyə düşünürəm”.
Qeyd edək ki, A.Şükür ilk əri Elşən Əsgərlidən qalmaqallı şəkildə ayrılıb. O, daha sonra Oqtay Əhmədovla ailə qurub. Ayselin ilk nikahdan bir, ikinci evliliyindən isə iki oğul övladı var. Aysel aylar əvvəl üçüncü dəfə Kapadokiyada ailə qurub. A.Şükür keçmiş Bakı Lift Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun qızıdır.