WOW
WOW

Bu məşhurlar da repçinin əxlaqsız məclisində yer alıbmış

Bu məşhurlar da repçinin əxlaqsız məclisində yer alıbmış

Dünya şöhrətli Hollivud ulduzları Uill Smit və Brüs Uillisin insan alveri ittihamı ilə bir neçə gün əvvəl həbs edilən repçi Pi Diddinin (əsl adı - Şon Kombs) təşkil etidyi əxlaqsız məclislərindən birində qonaqlar arasında olduğu üzə çıxıb.

OLAY yazır ki, yayımlanan yeni fotolarda alkoqollu içki qəbul edən Smitin Diddi ilə qızğın söhbəti, Brüsun isə kapuçino içməsi əks olunub. 

Bununla yanaşı yayılan şəkillər arasında Diddi və digər qonaqların çılpaq qadın bədənindən meyvə yeməsi də yer alıb. 

Xatırladaq ki, Pi Diddi sentyabrın 16-da nəzarətə götürülüb. Bundan əvvəl onun keçmiş sevgilisi və digər qızlar tərəfindən zorakılıq, narkotik vasitələrin məcburi istifadəsi və insan alveri ilə bağlı bir sıra ittihamlar irəli sürülüb. Mart ayında Diddinin malikanəsində genişmiqyaslı axtarış aparılıb, bu zaman qanunsuz maddələr, silahlar və 1000 butulka uşaq yağı və digər maddələr aşkar edilib. İstintaq hesab edir ki, repçi bütün bunlardan vəhşi seks məclisləri üçün istifadə edib.