WOW
WOW

Diddinin dəhşətli cinayətləri film olacaq

Diddinin dəhşətli cinayətləri film olacaq

“Netflix” platforması insan alveri və fahişəliklə məşğul olmaqda ittiham olunan dünya şöhrətli repçi Pi Diddi (əsl adı - Şon Kombs) haqqında sənədli serial çəkməyi planlaşdırır. 

OLAY “Variety” nəşrinə istinadən yazır ki, sözügedən ekran işinin prodüseri Diddinin həmkarı “50 Cent” kimi tanınan Kertis Cekson olacaq.

O və layihə direktoru Aleksandriya Steplton, “Bu, təkcə indi nümayiş olunan başlıqlar və ya video kliplər deyil, onillikləri əhatə edən mürəkkəb bir hekayə olacaq” edəcəkləri layihəni şərh ediblər.

Serialda baş verənlərin bir çox təfərrüatları yer alacaq, vəziyyət müxtəlif nöqteyi-nəzərdən araşdırılacaq. Repçi Pinin hekayəsini hip-hop mədəniyyətinin bütün tarixi ilə müqayisə etməməyə çağırıb. Ekran işi “Texas Crew Productions” tərəfindən çəkiləcək.

Xatırladaq ki, Pi Diddi seks alveri, fırıldaqçılıq və ya məcburetmə və seks işçilərinin daşınmasını təşkil etməkdə ittiham edilərək həbs edilib. Repçi ittihamları boynuna almır. O, 50 milyon dollar dəyərində zaminə buraxılmaq istəyib, lakin bu hüququndan məhrum edilib. Diddi qaldığı həbsxanada zəhərləməyə çalışacaqlarından qorxduğu üçün indi aclıq aksiyası keçirir.