WOW
WOW

Ledi Qaqadan şəxsi həyatı ilə bağlı açıqlama!

Ledi Qaqadan şəxsi həyatı ilə bağlı açıqlama!

Dünya pop ulduzu Ledi Qaqa şəxsi həyatı ilə bağlı mühüm açıqlama verib.

OLAY yazır ki, bu haqda 38 yaşlı sənətçi “BuzzFeed Canada” nəşrinə danışıb.

Qaqa bildirib ki, onun “bir nömrəli məqsədi” nişanlısı 46 yaşlı Maykl Polanski ilə ailə həyatı qurmaqdır. 

Bu yaxınlarda cütlüyün nişanlı olduqları üzə çıxıb. Pop ulduz müsahibəsində “Özümü sevgili kimi hiss etdiyim üçün çox xoşbəxtəm və ailə həyatı qurmaq istəyirəm. Buna görə də, şübhəsiz ki, mənim bir nömrəli məqsədim budur” sözlərini dilə gətirib. 

Xatırladaq ki, Ledi Qaqa və Maykl Polanski cütlüyünün nişanı ilə bağlı söz-söhbətlər apreldə ifaçının barmağında iri daşlı üzük görünəndən sonra ortaya çıxıb. İyun ayında Ledi Qaqanın hamilə olması da şübhəli bilinib. Belə ki, jurnalistlər müğənninin bacısının toyunda şəklini çəkərək qarnının yuvarlaq olduğunu görüblər. Ledi Qaqanın özü isə bu şayiələri təkzib edib və onlara gülüb. Pop ulduz, instaqram səhifəsində qısa bir video yayımlayarq “Hamilə deyiləm, sadəcə idman zalında acı-acı ağlayıram” şərhini yazıb.