WOW
WOW

Abbas sağlam həyat tərzindən danışdı

Abbas sağlam həyat tərzindən danışdı

Əməkdar artist Abbas Bağırov arıqlamasından və sağlam həyat tərzindən danışıb.

OLAY yazır ki, bu barədə sənətçi “İncə səhər” proqramında açıqlama verib.

“İstənilən insand iradə var: 200 kilosu olanda da, kökələ bilməyəndə də. Sadəcə onu istifadə etmək lazımdır. Mən yenidən sağlama həyat tərzinə qayıdanda baxdım ki, çox boş vaxtım var. Səhər yeddidə oyanıram, uşağın birini məktəbə, birini bağçaya aparıram. Bundan da zövq alıram. İdmana gedirəm, gəlirəm, müəyyən qidalanmam var. Haradasa 40 dəqiqə yatıram. Sonra da 7-8 saat boş vaxtım qalır ki, müəyyən işlərimi görüm. Bunları da boşa istifadə etmirəm, vacib işlərimi görürəm”, - deyə, Abbas bildirib.