WOW
WOW

“Ad günümdə mahnılarımı yutubdan sildirdi”

“Ad günümdə mahnılarımı yutubdan sildirdi”

Dicey Roşka və müğənni Aila Rai arasında qalmaqal yaşanıb.

OLAY yazır ki, bu haqda ifaçı qonaq olduğu “Elgizlə izlə” verilişində danışıb.

Aila bildirib ki, dostu Roşka ilə aralarının korlanmasına səbəb qarşı tərəfin onun doğum günündə birgə hazırladıqları mahnıları “YouTube”dakı kanalından sildirməsi olub:

“Sentyabrın 17-də yəni ad günümdə yeni klipimi “YouTube” kanalımda yayımladım. Həmin gün xəbər tutdum ki, dostum dicey Roşka bir gün əvvəl kanalımda olan mahnıları bağlayıb. Əvvəl mənə söylədilər ki, mahnılara şikayət atılıb. İndi mən bilmirəm şikayət atılıb yoxsa Roşka birgə olan layihələrimizi silditdirib. Roşka bilirdi ki, ad günümdə kanalımda yeni klipimi təqdim edəcəyəm. Və o belə etməklə doğum günümdə məni ağlatdı. Baş verən hadisə ilə bağlı mən onunla danışmamışam. Roşka bilir ki, mən çox əziyyət çəkirəm və arxamda heç kimim yoxdur. Bəzi müğənnilər kimi arxamda sponsorum yoxdur. Yeganə dəstəyim atamdır. Amma valideynlərim mənə deyirlər ki, səni 25 yaşına kimi dəstək olmuşuq. Artıq sənin özünün çalışmaq zamanın gəlib. Mənə dedilər ki, Roşka səndən inciyib. Buna səbəb isə ifa etdiyim mahnıların əvvəlində onun adı səslənən yerləri kəsməyim olub. Bunu da ona görə etmişəm ki, mahnının o hissəsinə gələndə nəğmənin ümumi tempi aşağa düşür. Biz miksı elə düzəltmişik ki, mahnılar arda-arda gedir. Mənim Roşka ilə heç zaman şəxsi qərəzim olmayıb. Biz hər zaman gözəl şəkildə dostluq etmişik. Bu hadisələrin baş verməsi mənə çox pis təsir edib. Ad günümdən bu günə kimi özümü çox pis hiss edirəm. Roşka bunu daha əvvəl də edə bilərdi. O bilə-bilə ki, ad günümdə mənim “YouTube”da klipim yayımlanacaq əhvalımı körlayıb, məni ağlatdı. Mənim bu yaşananlardan daha əvvəl xəbərim yox idi. Mən sadəcə buna bəhanə kimi baxıram. Əslində mən Roşkadan incimişəm çünki o instaqramda məni izləmədən çıxarıb. Lakin onu məclislərin birində gördüm kiçiklik göstərib salamlaşdım. Mən heç kimin qəlbini qıran bir insan deyiləm. Amma mənim qəlbimi qırdılar”.