WOW
WOW

Serdar qumarda itirdiklərindən danışdı

Serdar qumarda itirdiklərindən danışdı

Türkiyəli müğənni Serdar Ortaç qumarda uduzduqlarından söz açıb.

OLAY yazır ki, ifaçı bildirib ki, 15-ə yaxın mülkünü itirib:

“Qumarda uduzduqlarımın dəqiq sayını bilmirəm. Hardasa 10-15 evimi  uduzmuşam. “Ali Samiyen Stadı”nda 11 mərtəbəli göydələnim var idi, artıq yoxdur. Çox böyük səhvlərim oldu. Bununla yanaşı sağlamlığım da getdi. Kaş ki, geri qayıtsa. Cəmi bir evim qalıb. İndi əlavə borclarım da var”.

Qeyd edək ki, S.Ortaç müsahibələrin birində “Pulu qoymağa yer tapa bilmədim. Qumar məni məhv etdi. 35 il qumar oynadım, amma heç zaman qalib olmadım”.