““Avroviziya” beynəxalq mahnı müsabiqəsini heç sevmirəm”.
OLAY yazır ki, bu sözləri müğənni Elnur Məmmədov qonaq olduğu “İncə səhər” verilişində deyib.
Sənətçi bildirib ki, “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində tapşırıq keçir:
Tanınmış və öz dövlətindən özünü düzgün şəkildə doğruldan bir insanın hansısa bir yarışmaya qatılmasına qarşıyam. Bu mənim heç sevmədiyim bir məsələdir. Hətta elə olub ki, məşhur şəxslərdən biri “Avroviziya”da iştirak etdi amma orada özünü urvatsız etdi. O fikirlə razıyam ki, hər bir yerdə tapşırıqla sən birinci ola bilərsən. Biz birinciliyə layiq olanı seçsək də lakin görürük ki, orada ona həmin dəyəri vermirlər. Bu il ölkəmizi Fəxri İsmayılov və İlkin Dövlətov təmsil etdilər. Onlar çox mükəmməl mahnı, perfomans göstərdilər. Lakin yarışmada seçilmədilər. Bundan sonra əmin oldum ki, bu müsabiqədə də tapşırıq var. Bu yarışmada başqa şərtlər keçir. Ona görə də tanınmış bir şəxsin müsabiqədə iştirak etməyinə yaxşı baxmıram”.