Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) Qazaxstana yollanıb.
OLAY yazır ki, Çımkent şəhərinə gələn sənətçi hava limanında canfəşanlıqla qarşılanıb.
Beləki, Coninin şərəfinə milli geyimdə musiqiçilər mahnılar oxuyublar və gül çələngi veriblər. İfaçı bu cür qarşılanmadan təəccüblənərək, xoş hal olub.
Müğənni daha sonra konsert məkanına yol alıb. Orada məşq etdikdən sonra axşam saatlarında həmin məkanda minlərlə pərəstişkarının önündə səhnəyə çıxıb. Sevilən və hit ifalarını səsləndirən Coni həm özü əylənib həm də tamaşaçılara musiqi dolu unudulmaz gecə bəxş edib.
Həmin anları isə ifaçı sosial şəbəkə hesabında “Çimkent! Neçə vaxtdır bu anı gözləyirdim. Nəhayət görüşdük. Səmimi qarşıladığınız və səsiniz üçün çox sağ olun, siz inanılmazsınız” şərhi ilə izləyiciləri ilə bölüşüb.