Bir neçə gündür ki, həmkarı Şəbnəm Tovuzlu ilə qalmaqal yaşayan müğənni Vəfa Şərifovanın instaqramı oğurlanıb.
OLAY yazır ki, Vəfanın 1, 6 milyonluq hesabı naməlum şəxslər tərəfindən ələ keçirilib.
Onun öz postları silinməsə də, profil şəkli dəyişdirilib və xoşagəlməz fotolar paylaşılıb.
Sosial şəbəkələrdə isə bu addımın Ş. Tovuzlu tərəfindən atıldığı iddia olunub.
Vəfanın səhifəsində paylaşılan postlarda “Üzr istəmək üçün 24 saat vaxtın var” yazılarının yazılması iddiaları gücləndirib.