Müğənni İradə İbrahimova 13 yaşlı yeniyetmə Ramal Rəsulovun “Səni axtarıram” proqramına gələrək qaldığı 3 saylı uşaq evində özünün və digər uşaqların şiddətə məruz qalması ilə bağlı açıqlamasına münasibət bildirib.
OLAY yazır ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında post paylaşıb.
“Kim bilir, görmədiyimiz, bilmədiyimiz, eşitmədiyimiz neçə günahsız körpələr, insanlar var. Allah sevgisi, inamı olan bunu edə bilməz. Allah özü cezalarını versin. Bu körpələrin də köməyi olsun”, - deyə İradə bildirib.
Qeyd edək ki, R. Rəsulov proqramda “Mən orada qalmaq istəmirəm, bizi hər gün “veşalka” (asılqan - red. ) ilə döyürlər. Bizə tərbiyəsiz şeylər göstərirlər. Orada Elvin adlı uşaq var, müəllim ona tapşırdı ki, get bunun ayağını qır gəl. O da gedib uşağın ayağını qırdı. İlahə müəllimə 3 uşağı ikinci mərtəbədən aşağı atıb... Uşaq evinə təzə müdir gəlib, adı Günay xanımdır (həmin vəzifəni Gülnarə Şəmiyeva icra edir - red. ). O da belə şeylər edir” sözlərini dilə gətirib.