WOW
WOW

Mehin fərqli imicdə klip çəkdirdi

Mehin fərqli imicdə klip çəkdirdi

Müğənni Mehin Hümbətova “Get” adlı layihəsini təqdim edib. 

OLAY yazır ki, ifaçı İradə Babayeva  - Mikayılovanın müəllifi olduğu sözügedən mahnını ekranlaşdırmaq qərarına gəlib. Soltan İbrahimovun rejissorluğu ilə ərsəyə gələn ekran işində Mehin üç fərqli obrazda kamera qarşısına keçib.

Klipdə Amerikan olan Tim Dee Vaughn da yer alıb. Mehin ekran işində çılğın rəqsləri ilə də maraq doğurub. Layihə üçün xüsusi monitor qurulub, lazer şou yaradılıb, geyimlər hazırlanıb və baş qəhrəmanın staylinqini Nərgiz Əliyeva edib. 

Hümbətova layihənin direktorluğunu Elvin Elxana həvalə edib. 

Aranjimanı və mix masterinq Emin Kərimə (STKHA) aid olan “Get” bütün musiqi platformalarında onlayndır.