Müğənnilər Vəfa Şərifova və Şəbnəm Tovuzlu arasında davaya Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı münasibət bildirib.
OLAY yazır ki, televiziya ulduzu bununla bağlı instaqram səhifəsində paylaşım edib.
X.Hidayətqızı sözügedən mövzu ilə bağlı yayımlanan tərəflərin videosunu yayımlayaraq bu sözləri yazıb:
“Bu nə biabırçılıqdır? Bu qadının danışdığı görəsən doğrudur? Dünəndən uşaq evindən qaçan, dəhşət dolu açıqlaması ilə minlərlə insanı göz yaşına boğan balaca balanın başına gələnlər və müvafiq qurumların atdığı addımlarla bağlı xəbər oxumaq üçün sayta daxil oldum amma bu xəbəri (Vəfa və Şəbnəmlə davanı nəzərdə tutur – red.) oxudum. Gündəmimizə bax...”