WOW
WOW

“Anamın dözdüyü qayınataya indi hər gəlin dözməz”

“Anamın dözdüyü qayınataya indi hər gəlin dözməz”

“Elə bir qadın görürsən ki, elə bir kişinin yanında ki, deyirsən heyif sənə qadın. Əlindən gələni edir ki, özünü kişiyə layiq şəkildə göstərsin. Onu ucaltsın, uca tutsun. Əsl kişi adına yaraşdıracaq heç olmasa bir obraza salsın. Mənim də həyat yoldaşım yanımda oturanın həyat yoldaşından heç də əskik deyil. Amma halbuki, heç aparmağı belə bacarmır. Onda baxıb deyirsən ki, heyif sənə qadın. İllərini necə kişilərə qurban etmiş qadınlarımız var. Abırına, həyasına sığınıb, oturub, dözüb və o kişinin üstündəki tozu silib insan içinə üzü ağ çıxarıb. O qadınların gəncliyinə, Allahın verdiyi ömrə heyif olsun”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu “Günə bax” verilişində deyib.

Qadın və kişi münasibətlərindən söz açan sənətçi bildirib ki, ata tərəfindən olan babası gəlininə (Nigarın anası – red.) qarşı əzazil olub.

Nigarın sözlərinə görə onun anası vəfatına qədər qayınatasına özü qulluq edib:

“Bu gün boşanmaların sayı əfsuslar olsun ki, artıb. Naşükür qadınlarımız da və qadınlarına şükür etməyən kişilərimiz də var. Amma bu gün mən artıq dərk edirəm ki, anam çox gözəl gəlin olub. Ata tərəfindən babamın son anlarında anama hamı deyirdi ki, sən necə böyük bir ürəyin sahibisən. Anam çox qoçaq xanımdır. Anam o ailəyə həyatını qurban edib. O o ailəyə dözüb, bizim kimi övladlar yetişdirib, bizə savad, tərbiyə verib. Öz həyatını, sağlamlığını bizə qurban edib. Mən görmüşəm necə anam ana, həyat yoldaşı, gəlin olub və nələrə dözüb. İndi elə qayınataya hər gəlin dözməz. Həyatının sonunda da gətirib ona baxmazdı. Yəni hər gəlinin ürəyi üçün deyil. Anam qayınatasını onun xanımının yanında öz yanına gətirib dedi ki, bu ailə də mən tək gəlinəmsə ona mən tək baxmalıyam. Bu mənim borcumdur. Mən belə ananın qızı olduğum üçün fəxr edirəm. Atam pis ata olmayıb. Anama hər zaman dayaq, səbr yeri olub. Amma yenə də anamın sağlamlığı, canı getdi... Atamı da ayaqda güclü tutan anam olub. Mən aslanla mübarizə aparmaq istəmirəm. Qadın xanım olmaq istəyirəm”.