İnsan alveri ittihamı ilə bir neçə gün əvvəl həbs edilən repçi Pi Diddi (əsl adı Şon Kombs) azadlığa çıxmaq üçün ağlasığmaz addım atıb.
OLAY “TMZ” nəşrinə istinadən yazır ki, musiqiçi və nümayəndələri onun azadlığa çıxması üçün 50 milyon dollar təklif ediblər.
Nağd pul əvəzinə Pi Mayamidəki 48 milyon dollarlıq evini, eləcə də anasının evini girov qoymağa hazır olduğunu bildirib. Lakin məhkəmə vəkillərin girovla bağlı vəsatətini rədd edib.
Repçinin vəkili artıq onun zaminə buraxılması ilə bağlı apellyasiya şikayəti verməyə hazırlaşır və ümid edir ki, başqa hakim onları istəklərinə müsbət rəy verəcək.
İndi bütün səylər P.Diddinin müdafiəsinə və ilk növbədə onun həbsdən çıxarılmasına sərf olunur.
Qeyd edək ki, Pi Diddi, cinsi təcavüz, fahişəliyə çağırış, qeyri-qanuni maddələr və odlu silahların yayılmasında ittiham olunur. Bu yaxınlarda musiqiçinin ABŞ-dakı evlərində axtarış aparılıb.