Aparıcı Tarix Əliyev uzun müddət sonra prodüserlik fəaliyyətini bərpa edib.
OLAY yazır ki, bu barədə Tolik özü məlumat yayıb.
O bildirib ki, müğənni Yaşar Yusubla əməkdaşlığa başlayıb:
“5 ildən artıqdır ki, heç bir müğənni ilə prodüser olaraq çalışmıram. Baxmayaraq ki, həm xanım, həm də bəy ifaçılardan çoxsaylı iş təklifi almışam. Amma “Xəzər” telekanalında gündəlik verilişlərə başladığım gündən bu günə qədər bütün gücümü aparıcılığa həsr etdim. Düşünürəm, burada da uğur qazanmağı bacardım. Əməkdar artist Elton Hüseynəliyev ilə 7 ildən artıq birgə çalışdıq. Və o, çalışdığım ilk bəy ifaçı idi. Bu aralar çox düşündüm və Yaşar Yusubda yetəri qədər potensial olduğunu gördüm. Mənim bu qrafikimdə ən uyğun məhz onu gördüm. Çünki heç kəslə qalmaqalı yox, öz sənəti və öz dünyası var. Yaşar neçə vaxtdır ki, mənə bu təklifi edib. Çox düşünüb, qərar verdikdən sonra bu açıqlamanı sizə verirəm. Mənim üçün əsas müğənninin gündə toyu olub, o restorandan bu restorana qaçması deyil. Əsas odur ki, Yaşar bayağı ifaçı deyil. Öz dinləyici auditoriyası var. Mənimlə də çalışması ona daha da motivasiya verib, uğur gətirəcək”.