Əməkdar artist Rafael İskəndərov qızı Gülarənin övladı Zəhranı birinci sinifə yola salıb.
OLAY yazır ki, bununla bağlı aktyorun oğlu Fuad İskəndərov paylaşım edib.
O, atası və Zəhra ilə şəkillər paylaşaraq bunları yazıb:
“Zaman sürətli gedir... Zəhra dünyaya gələndə onu xəstəxanadan götürməyimiz dünənki kimi yadımdadır. Zaman o qədər sürətli gedir ki, Zəhra artıq bu gün 1-ci sinifə gedir. Zəhra daxil olmaqla bütün 1-ci sinifə gedən balaları təbrik edirəm. Səsiniz həmişə ucalardan gəlsin”.